Ukraynada deputatlar yenə əlbəyaxa oldular

0
193

Ukraynanın millət vəkilləri Televiziya və Radio məsələləri üzrə Milli Şuranın iclasında mübahisə ediblər.
Mübahisəyə səbəb deputat Vadim Rabinoviçin çıxışına rus dilində başlaması olub.
Milli Şura üzvü Olqa Gerasimyuk ondan Ukrayna dilində danışmasını xahiş etsə də, Rabinoviç bundan imtina edib.
Nəticədə zalda münaqişə yaranıb. Millət vəkilləri Nestor Şufiç və Oleq Voloşin də mübahisəyə qoşulublar.
İclasda fasilə elan olunub və söhbət dəhlizdə də davam etdirilib.