Ukrayna gəmisi okeanda batdı: İtkin düşənlər var

0
177

Atlantik okeanda Ukrayna dənizçilərinin olduğu “Bourbon Rhode” gəmisi batıb.
Gəmi sahibinin verdiyi məlumata əsasən, gəmidə təxminən 10 Ukrayna vətəndaşı olub. Dənizçilərdən 3 nəfər xilas edilib. Digərlərinin axtarışının isə davam etdirildiyi bildirilib.
Qeyd edilir ki, bir çox ticarət gəmiləri yardım üçün hərəkət istiqamətini dəyişdirib. Gəminin fırtınaya düşməsi səbəbindən batdığı vurğulanıb.