Bakıda dəhşətli qətlin təfərrüatı: Zorlamaya görə məhkum olunmuş qayınata gəlininə şər atmaq istədi

0
170

Sentyabrın 23-də Xəzər rayonunun Binə kəndində vəhşicəsinə törədilən qətlin dəhşətli təfərrüatı məlum olub.

Bu barədə öldürülən 30 yaşlı Cəmilə Məhərrəmovanın yaxınları məlumat veriblər.

Xatırladaq ki, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov gəlini C.Məhərrəmovanı balta ilə qətlə yetirib. Kişi balta ilə bir neçə dəfə onun başından zərbə vurub.

F.Məhərrəmov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmə zamanı saxlanılan şəxs ailənin şərəf və ləyaqət məsələləri ilə əlaqədar yaranan münaqişə zamanı gəlinini qeyrət zəminində öldürdüyünü bildirib.

Qayınata qadını ərinə xəyanət etməkdə şübhəli bilsə də, buna dair dəlil yoxdur.

Ancaq öldürülmüş qadının yaxınlarının verdiyi məlumata görə, kişi yalan danışıb.

“Şübhəsiz ki, F.Məhərrəmovun şərəf və ləyaqətdən danışmağa haqqı yoxdur. Belə ki, o, çox yaxın qohumuna təcavüz etdiyinə görə Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsi ilə 10 il həbsdə yatıb. Buna görə uşaqları ondan imtina ediblər. Ancaq sonra oğul böyük səhv etmiş atasını qəbul edib”, – deyə yaxınları bildirib.

Həmin dəhşətli faciənin mənzərəsi təkrar edilib. Aydın olub ki, cinayət azyaşlı uşaqların gözü önündə törədilib. Cinayəti törətməzdən əvvəl F.Məhərrəmov nəvələrinə dondurma alaraq onları otağa salıb və qapını bağlayıb.

Bir müddət sonra uşaqlar analarının qışqırığına pəncərəyə qaçıblar və babalarının onu balta ilə necə vurduğunu görüblər. Onlar qışqırıb ağlamağa başlasalar da, babaları zərbə endirməyə davam edib.

Patoloanaloqlar qətlə yetirilmiş qadının cəsədində 12 yara izi olduğunu bildirib. Kişi zərbələri arxadan vurub. Cinayətdən sonra zərərçəkmişin böyük, 12 yaşlı oğlu evə gəlib.

Qohumlarının dediyinə görə, C.Məhərrəmova layaqətli qadın olub, uşaqlarına baxa bilmək üçün eyni vaxtda bir neçə yerdə işləyib. Onun həyat yoldaşı isə mal-qara saxlamaqla məşğul olub. Həyat yoldaşının qətli zamanı ər evdə olmayıb, mal-qaranı gətirmək üçün yarım saatlığa evdən gedibmiş.

Ötən gün Bakıda dəhşətli cinayət baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb.

Kişi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib.

Məlumat daxil olan kimi Xəzər rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hadisə yerindən üzərində qan ləkələri olan balta tapılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində gəlinini baltalayıb öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov tutulub. O, dindirilərkən, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, gəlini öldürən Firdovsi Məhərrəmov həbsxanadan yeni çıxıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.