Sürücüləri yolda saxlatdıran dilənçi tutuldu

0
186

Sürücüləri yolda saxlatdıran dilənçi tutuldu

Vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.

Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-yə və ya şəhər telefonlarından (02331) 5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.