Şok: İran 18 təyyarə və 7 raketlə Səudiyyəyə hücum etdi

0
161

Ər-Riyad neft obyektlərinə hücumlarda İranın iştirakına dair sübutlara malikdir.
Bu haqda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki bildirib.
O, mətbuat konfransında bildirib ki, “Saudi Aramko” neft şirkətinin obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə həyata keçirilib. Turki əl-Maliki qeyd edib ki, krallıq agentləri vasitəsilə regionda sabotaj aktlarında İranın iştirakına dair sübutlara malikdir.
“Bizdə sübutları var ki, hücum Yəməndən edilməyib. İran faktları saxtalaşdırmağa çalışdı. “Saudi Aramko”nun obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə edilib”, – o deyib.
Müdafiə Nazirliyinin nümayəndəsinin versiyasına görə, hücumlar zamanı 18 pilotsuz təyyarə və 7 yüksək dəqiqlikli qanadlı raketdən istifadə edilib.