Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü

0
183

ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb.

Hadisə Tanzaniyada baş verir.

ABŞ-ın Luizana ştatının sakini olan Stiven Veber birlikdə tətildə olduğu sevgilisinə məhəbbətini nümayiş etdirmək qərarına gəlib. Bunun üçün o, qeyri-adi evlilik təklifi etməyi fikirləşib.

“Facebook”da yayılmış görüntülərdə onun üzündəki maska ilə müəyyən dərinlikdə sevgilisinə üzük təklif etdiyi görünür.