Səudiyyə Ərəbistanına hücumun arxasında super güclər dayanır – politoloq şərhi

0
138

Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumla bağlı yaranmış gərginliyə münasibət bildiriən politoloq Tofiq Abbasov deyir ki, dünya diplomatiyası təxribatlara hər zaman meylli olub

BMT bəyan edib ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum irimiqyaslı regional münaqişəyə səbəb ola bilər. Bu bəyanatı BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits verib.

Politoloq Tofiq Abbasov deyir ki, hücumların texniki göstəriciləri hələ də qeyri-müəyyən olaraq qalır: “Ona görə də Səudiyyə Ərəbistanının ittihamları ünvansız xarakter daşıyır. Aydındır ki, bu, beynəlxalq səviyyədə tətbiq olunmuş təxribat əməliyyatı idi və onun arxasında super güclər dayanır. Dünya diplomatiyası təxribatlara hər zaman meylli olub. Sadəcə, Səudiyyə Ərəbistanı açıq şəkildə deyə bilmir ki, bunu kim edib”.

Xatırladaq ki, sentyabrın 14-də Yəmən ordusu Səudiyyə Ərəbistanın “Aramco” neft şirkətinin Abqaik və Hureys rayonlarında yerləşən neft istehsalı obyetklərinə PUA-lar vasitəsilə zərbələr endirib. Nəticədə Səudiyyə Ərəbistanı neft istehsalı ciddi şəkildə azalıb.