Rafael Cəbrayılov deputat mandatından imtina etdi

0
175

Milli Məclisin deputatı Rəfael Cəbraylov mandantından imtina edib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, R.Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib və deputat mandatından istefa vermək qərarına gəlib.

Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.