Rəqs idmanı üzrə paralimpiyaçılarımız finalda – FOTO

0
621
Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə Dünya Kuboku və Qitə Kuboku yarışları davam edir.
Milli Paralimpiya Komitəsindən  verilən xəbərə görə, yarışın ikinci günündə Azərbaycan təmsilçiləri Fərid Mehdiyev və Vüsalə Kərimova cütlüyü ilə Rəsul Zəkiyev və Diana Şahbazova cütlüyü “Сombi Freestyle Class 2” növündə yarışıblar.
On altı ölkənin təmsilçiləri arasında yarışan paralimpiyaçılarımız final blokuna qədər yüksəliblər.
Final blokunda 6 cütlük arasında birinci və ikinci yerlərə Rusiya Federasiyası, üçüncü yerə isə Qazaxıstan cütlüyü sahib olublar.