Qırğızıstan-Tacikistan sərhədində gərginlik:1 ölü, 13 yaralı

0
411

Qırğızıstan-Tacikistan sərhədində yenidən gərginlik yaşanır.

Ötən gün axşam saatlarında sərhədin Batken vilayəti ərazisində baş verən yeni qarşıdurmada bir hərbçi ölüb, 13 adam müxtəlif dərəcədə xəsarət alıb. Onların da yeddisi hərbçi, altısı mülki vətəndaşlardır. Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanlar Qırğızıstanın İsfanı şəhər xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların hamısı Qırğızıstan vətəndaşlarıdır.

Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziev təcili olaraq Batken vilayətinə gedib, sərhəddə yaşayan vətəndaşlarla görüşüb, xəstəxanada olan yaralılara baş çəkib.

Sərhəddə vəziyyət gərgin olaraq qalır.