“Qarabağ” bu gün “Sevilya” ilə qarşılaşacaq

0
165

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.

Ağdam klubu I tur çərçivəsində İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.

Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin “köhlən atlar” indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

“Sevilya” isə turnirin rekordçusudur. Andalusiyalılar 6-cı dəfə Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.