Putin Ankarada “Quran”dan sitat gətirdi – VİDEO

0
182

Rusiya prezidenti Vladimir Putin Ankarada müqəddəs kitab “Quran”dan sitat gətirib.
Bu Rusiya-İran-Türkiyə üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.
“Allahın mərhəmətini yada salın. Siz nə vaxtsa düşmən olmusuz. Allah ürəklərinizi barışdırıb sizi qardaş etdi”, – Putin müqəddəs kitabdan bu sitatı dilə gətirib.
Rusiya lideri Ankarada keçirilən görüşü müsbət qiymətləndirib.
Üç ölkə arasında növbəti sammit Tehranda keçiriləcək.