Pornoya çəkilən qızını öldürmək istəyən ata saxlanıldı

0
432

Pornoya çəkilən qızını öldürmək istəyən ata saxlanıldı

Böyük Britaniyada yaşayan iki əfqanıstanlı – 54 yaşlı Məhəmməd Patman və 49 yaşlı Dərya Xan Səfi Patmanın 25 yaşlı qızını öldürməyi planlaşdırımış.

Buna səbəb qızın pornoaktrisa fəaliyyəti ilə məşğul olması olub. O, həyat yoldaşının Slovakiyada çəkdiyi erotik filmlərdə çəkilirmiş.

Polislər cinayətkarların izinə düşüb. Kişilər avtomobillə Slovakiyaya getməyi və qızı iş yerindəcə öldürməyi planlaşdırırmış.

Hər iki şübhəli şəxsin Əfqanıstanda britaniyalılara kömək etdikləri üçün Birləşmiş Krallıqda yaşamaq icazəsi aldıqları məlum olub. İndi onları Əfqanıstana ekstradisiya edəcəklər.