Penitensiar Xidmətdə əsgərlər arasında bilik yarışları keçirilib

0
166

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının 2-ci atıcı bölüyündə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular arasında dama, şahmat və breyn-ring intellektual bilik yarışları keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əsgərlər arasında mənəvi və döyüş keyfiyyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilmiş yarışlarda Mühafizə Alayının 2,3,9 və 18 saylı atıcı bölüklərinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçuları iştirak ediblər.

Tədbirin sonunda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıbar.