Ölümü proqnozlaşdıran texnologiya yaradıldı

0
451

Həkimlər insanın ölüm vaxtını təxmin edə biləcək qan testi yaradıblar. Almaniya və Hollandiyadan olan tədqiqatçılar insanın on il ərzində ölüb-ölməyəcəyini 80%-dən çox dəqiqliklə müəyyənləşdirməyə imkan verən texnologiya hazırlayıblar.
Axar.az e-tibb.az-a istinadən xəbər verir ki, bu metod 18 yaşından 109 yaşına kimi olan 44168 insanla bağlı aparılan tədqiqat məlumatları əsasında hazırlanıb.
Məlumatlar qanda 226 fərqli maddənin ölçüsünü və ölüm vaxtını əhatə edir. Məlum olur ki, tədqiqat aparılan 17 il ərzində izlənilən 44168 nəfərdən 5512 nəfəri ölüb.
Tədqiqatçılar 1997-ci ildən 7603 finlandın ölümünü qabaqcadan proqnozlaşdırmaq üçün qanın 14 parametrindən istifadə ediblər. Müşahidə müddətində 1213 finland ölüb.
Bu araşdırma nəticəsində 5 və 10 il ərzində ölüm proqnozu 83% dəqiqliklə olub. Amma bu dəqiqlik yaşı 60-dan çox olanlar arasında 72%-ə düşüb.