Nikolas Maduro Trampı Adolf Hitlerə oxşatdı

0
160

Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan olan həmkarı Donald Tramp haqda danışıb.

Maduro Trampın venesuelalılara və bütünlükdə Latın Amerika xalqlarına nifrət etdiyini bəyan edib.

Venesuela lideri hazırki vəziyyəti Hitler Almaniyası ilə müqayisə edib.

“Müqayisə etsək, bu vəziyyətin Hitler tərəfindən yahudilərə bəslənənlə eyni olduğunu görərik”,-deyə Maduro bildirib.