Nazir Bakıda zibil topladı – Foto

0
574

Bu gün Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib.
ASAN Xidmət”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Aksiyanın açılış mərasimində çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aksiyada iştirak edən hər kəsə təşəkkür edib. Nazir qeyd edib ki, belə aksiyalar artıq geniş vüsət almış hərakatdır: “Təkcə Azərbaycan Xəzər ətrafında deyil, bütün Xəzəryanı ölkələr, bütün dünya belə aksiyalar keçirir. Biz də hər zaman ETSN olaraq belə aksiyaların keçirilməsində aktiv olmuşuq və bu davam edəcək”.
“Asan Xidmət”in sədri Ülvi Mehdiyev bildirib ki, belə aksiyalarn keçirilməsi çox gözəl təşəbbüsdür: “Ölkəmiz dünyanın rəmzi məna daşıyan günlərində aktiv iştirak edir. Yay mövsümü bitdikdən sonra sahilyanı ərazilərimizin təmizlənməsinin böyük rəmzi mənası var. Burada 500-dən çox “Asan” könüllü iştirak edir. Yay ərzində çirkləndirdiyimiz ərazilərin təmizlənməsi vaxtı çatıb. Hər birimizə uğurlar arzulayıram