Meksikada fövqəladə vəziyyət elan olundu

0
153

Meksikanın şimal-qərbindəki iki vilayətində birinci kateqoriyalı Lorena qasırğasının təsiri ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir. Ümümi olaraq söybət 530 mindən çox insanın yaşadığı La Paz və Los Cabos bələdiyyələrindən bəhs edilir.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin tətbiqi bölgədə hökumətə təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq və vətəndaşlara yardım göstərmək üçün xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə kömək edəcəkdir. Fəlakət nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib, maddi zərərin ümumi miqdarı təxmin edilməkdə qalır.