Medvedyevdən erməni generala sərt cavab: Axmaq…

0
165

Kalininqrad vilayətində raketdən müdafiə sistemini keçmək planları barədə Amerika generalının söylədikləri axmaq ideyadır.
Bu haqda Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.
Baş nazir Vaşinqtondakı partnyorlarına Səudiyyə Ərəbistanındakı neft obyektlərini qorumağa imkan verməyən müdafiə sistemlərinin vəziyyətinə diqqət yetirməyi tövsiyə edib.
Qeyd edək ki, Medvedev bununla da ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyanın fikirlərini şərh edib. Amerika generalı daha əvvəl bildirib ki, ABŞ Silahlı Qüvvələri Kalininqrad vilayətində Rusiyanın hava hücumundan güclü müdafiə sistemini keçməyə imkan verən planlar hazırlayıb.