Məşhur azərbaycanlı gənclər – FOTO

0
567

Arzularını həyata keçirmək üçün yaş ciddi rol oynamır. Sən istənilən yaşda böyük uğurlar qazana və adını dünyanın ən nüfuzlu jurnallarına yazdıra bilərsən. Bunun üçün sadəcə böyük əzm, səy və məqsədyönlülük tələb olunur.

Dünyaya səs salan 30 yaşına çatmamış ən məşhur azərbaycanlılarla tanış edir.

Reyhan Camalova 16 yaş

Reyhan Camalova yağış sularından enerji istehsal edən cihazın yaradıcısı və “Rainergy” şirkətinin təsisçisidir. O, bu layihəsi sayəsində “Forbes” jurnalının “Asiya üzrə 30 ən yaxşı gənc araşdırmaçı” siyahısına daxil edilib. BBC-nin dünyanın müxtəlif ölkələrində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer aldığı “100 qadın” layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısında isə gənc ixtiraçı 43-cü yerdə qərarlaşıb.

Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinin iştirakçısı olub, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib.

Emil Qasımov 19 yaş

Karyerasına modelyer kimi başlayan Emil Qasımov beynəlxalq gözəllik müsabiqələrində qalib gəlib. O, “Miss & Mister Planet 2018”, “Mister Model Worldwide 2018” kimi yarışları dünyanın ən yaraşıqlı adamı seçilib.

Rauf və Faiq Mirzoev 20 yaş, müğənni

Rauf və Faiq Mirzəyev – əkiz qardaşları MDB ölkələrində duetləri ilə məşhurdur. Qardaşlar İjevskdə azərbaycanlı ailəsində anadan olublar. Onların opera müğənnisi olan babası Bakıda opera teatrının direktoru olub.

Müğənni Bəxtiyar Məmmədov 25 yaş

Əslən azərbaycanlı olan rusdilli reper, müğənni və bəstəkar təkcə Rusiyada, Qazaxıstanda və Azərbaycanda deyil, xaricdə də məşhurdur. O, bu vaxta qədər beş albom çıxarıb.

Hüseyn Həsənov, 25 yaş, bloger

Hüseyn Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir, onun 11 milyondan çox İnstagram izləyicisi var. Bloqu inkişaf etdirməklə yanaşı, Hüseyn həm də restoran işi ilə məşğul olur və geyim markası var.

Zərəngiz Huseynova, 26 yaş, sahibkar

Zərəngiz Hüseynova dörd biznes layihəsini inkişaf etdirən gənc sahibkardır: ALZA və Milana Gelinlik butikləri, WoWoman qadınlar üçün təhsil platforması və icma və W_Space biznes kafesi.

O, bu il “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkarlar” siyahısında yer alıb.

Rasim Adjarov, 26 yaş, sahibkar

Young Business Factory, Oley.az, Georgia Sweet House, Cool Business şirkətlərinin yaradıcısıdır. Universitet təhsilini donduraraq biznes həyatına atılan və öz şirkətini quran gənc sahibkar yaşıdlarına göstərdi ki, diplom olmadan da bizneslə məşğul olmaq və uğura qazanmaq olar.

Emin Mahmudov, 27 yaş, futbolçu

Emin Mahmudov Rusiya və Azərbaycan futbolçusudur, “Neftçi” klubunun və Azərbaycan yığmasının yarımmüdafiəçisidir.

Tural Bədirxanlı, 30 yaş, Twitter mühəndisi

Tural Bədirxanlı 18 yaşında ABŞ-a köçüb, Massaçusets Texnologiya Universitetində təhsilini bitirdikdən sonra Silikon Vadisində, Google-da işə başlayıb. “Twitter”in aldığı proqram hazırlayıb. Tural indi Twitter-də mühəndis çalışır.

Riad Məmmədov, 30 yaş, pianoçu

Pianoçu, P. I. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu olan Riad klassik və caz musiqisinin ifaçısıdır. Musiqiçi Rusiyada, Azərbaycanda və dünyanın digər ölkələrində çox məşhurdur.