Londonda “Bilik” Azərbaycan məktəbi açılır

0
145

Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq. 

Məktəbin açılışı oktyabrın 6-da baş tutacaq.

Londonda fəaliyyət göstərən “Znaniye” əlavə təhsil məktəbləri ilə birgə yaradılan “Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək.

Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək.