Kardioloqlar bu miflə razılaşmır

0
202

Duzun normal miqdarda istifadəsinin insanın ürək-damar sisteminə mənfi təsiri cüzidir.

Bu barədə Avropa Kardioloqlar Cəmiyyətinin hesabatında deyilir.

“Tədqiqatımızın nəticələri duzdan istifadə ilə ürək-damar xəstəlikləri və ya ölüm arasında əlaqəni öyrənən elmi işlərin əksəriyyətinə uyğundur. Tədqiqatlar hətta az miqdarda duzun da zərərli olması barədə geniş yayılan mənfi mifi təsdiqləmir”, – deyə Kanadanın McMaster universitetinin professoru Səlim Yusif bildirib. Onun sözlərinə görə, gün ərzində yalnız altı qramdan artıq duzun istifadəsi səhhətə mənfi təsir göstərə bilər.

Səlim Yusif, həmçinin ürək-damar xəstəliklərinə müsbət təsir göstərən faydalı maddələrin təkcə meyvələrdə deyil, həm də çərəzlərdə, süd məhsullarında və qırmızı ətdə də mövcud olduğunu qeyd edib.