İranla bağlı kritik müzakirələr aparıldı

0
153

İranla bağlı kritik müzakirələr aparıldı

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampla ikitərəfli görüşdə İran ətrafındakı münaqişədən danışıb.

BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutan sammiti çərçivəsində Trampla bir araya gələn merkel İranla yanaşı, ticarət məsələlərini də müzakirə edib. Kanslerin İran prezidenti Həsən Ruhani ilə də görüşü planlaşdırılır.

Artıq Ruhani ilə görüşüb Trampla danışıqlara hazırlaşan Fransa prezidenti Emmanuel Makron isə “Yaxın saatlarda mühüm irəliləyişlər olacaq” mesajını ötürüb.