İnternetdən geyim sifariş etdilər, narkotik göndərildi – Foto

0
798

İnternetdən geyim sifariş etdilər, narkotik göndərildi

Hollandiyadan onlayn alış-veriş edən avstraliyalı cütlük gözlənilməz hadisə ilə üzləşib.

Avstraliyanın Linz şəhərində yaşayan ər-arvad internet mağazaların birindən libas sifarişi edib. Bir neçə gün sonra sifariş etdikləri bağlamaları alan cütlük rəngli kiçik həblərin olduğu əlavə paket də alıblar. Əvvəlcə bunun dekorativ məqsədli olduğunu zənn edən 58-59 yaşlı cütlük daha sonra onun ekstazi həbi olduğunu başa düşüblər.

Qadınla kişi dərhal polisə xəbər veriblər. Polis 24 min 800 ədəd ekstazi həbini müsadirə edib.