İllərdir oğlan uşağı doğulmayan bu kəndin sirri çözülmür

0
199

İllərdir oğlan uşağı doğulmayan bu kəndin

 
Polşada yerləşən Miejsce Odrzankie kəndində təxminən 10 ildir oğlan uşağı dünyaya gəlmir.

Uşaq nüfuzunda baş verən bu qeyri-tarazlığın bir təsadüf olduğunu, yaxud elmi açıqlaması olduğunu hələ də heç kim anlamır.

Elm adamları qəsəbədə bu vəziyyəti açıqlmaq üçün növbəyə girib.

Qəsəbənin Bələdiyyə Başçısı Kristina Zdyiak doğulan ilk oğlan körpənin ailəsini mükafatlandıracağını bildirib. O, hətta bu körpənin adını bir küçəyə verəcəyini və onun xatirəsinə bir meşə ağacı əkəcəyini də deyib.

Bundan başqa bu qəsəbədə İkinci Dünya Müharibəsindən sonra da bir gerilik baş verib. Müharibədən əvvəl nüfuzu 1200 olan qəsəbədə hazırda təxminən 300 nəfər yaşayır.