Hər günümüz yol qəzaları ilə başlayır – Etiyatlı olmağa calışın

0
345

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, təxminən 45-50 yaşlı kişi (hələlik şəxsiyyəti bilinmir) piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücü 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü S.Mahmudov saxlanılıb.

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Metronun “Gənclik” stansiyasının yaxınlığında “Volkswagen” markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.