Fərmanda 6 ay vaxt verilmişdi, 8 ay keçdi: Hanı Plan?

0
428

İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün tapşırılan tədbirlər planı artıq hazırdır.
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
“Prezidentin fərmanı ilə bağlı hazırlıqlar gedir. Akademiya bu məsələnin həllinə və tədbirləri həyata keçirməyə hazırdır. Haçan desələr, o zaman tədbirlər planı Prezidentə təqdim olunacaq”, – A.Əlizadə bildirib.
AMEA prezidenti qurumdakı struktur islahatları, həmçinin institutların birləşməsi ilə bağlı məsələlər barədə danışmayıb.