Ermənilər Azərbaycan torpaqlarında təlim keçir

0
384

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Kəngərli kəndi və Uzundərə adlanan ərazidə keçirilən təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.
Hazırda erməni ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.