“Dorian”-ın qurbanlarının sayı 50-yə çatıb

0
138

Baham adalarında “Dorian” qasırğasının qurbanlarının sayı artıb.

Qasırğa nəticəsində azı 50 nəfər həlak olub. Daha əvvəl 45 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, çox sayda sakinlərin itkin düşmüş sayılması səbəbindən ölənlərin sayı arta bilər.

Bildirilir ki, Qasırğa nəticəsində adada təxminən 13 min tikili dağılıb və ya ziyan dəyib, böyük ərazilər su altında qalıb.