Cəzaçəkmə müəssisələrində məhkumların maarifləndirilməsi işi davam edir

0
143

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, 4 saylı cəzaçəkmə müəssisəsində və Tərbiyə müəssisəsində “Radikal dini qurumların psixoloji təsir metodları” və “Əxlaq: yaxşılığa dəvət edib pis əməllərdən çəkindirmə” mövzularında seminar treninqlər təşkil olunub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, məhkumların maarifləndirilməsi, onlara müsbət əxlaqi dəyərlərin aşılanması, mənəvi kamilləşdirilməsi və sosial reinteqrasiya prosesinin gücləndirilməsi məqsədilə təşkil edilmiş tədbirlərdə ekspertlər tərəfindən mövzular ətrafında çıxışlar edilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.