Bu ölkədə “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib

0
145

Belçikanın 22 şəhərində, həmçinin ölkə paytaxtının üç mərkəzi bələdiyyəsində “Bir gün avtomobilsiz” aksiyası keçirilib.

Həmin gün şəhərin küçələrinə elektromobil və təcili yardım xidməti – polis, yanğınsöndürən və “tibb yardımı” maşınlarından savayı digər avtomobillərin çıxarılması qadağan edilib. Minlərlə şəhər sakini küçələrə özlərinin velosiped, rolik və samokatında çıxıb. Bəzilərini bunu, necə deyərlər, ailəlikcə edib.

Brüqqe meriyasında bu gün bildiriblər ki, şəhər hakimiyyət orqanlarının bu qərarı “Gələcək üçün cümə günləri” ekoloji hərəkatının ötən cümə bütün Avropa üzrə keçirilən nümayiş dalğasına bir növ reaksiyadır. Məmurlar, həmçinin qeyd ediblər ki, bu pilot layihəsi uğurla nəticələnərsə, o halda aksiyalar gələcəkdə də təkrarlanacaq.