Bu cür məşhurluğu istəmirdim – Emin Ağalarov

0
175

Adım Trampla bağlı məsələlərdə seçkiləri düzənləyən, hansısa məxfi sənədləri ötürən və gizli görüşləri təşkil edən adam rolunda hallanırdı.
Bu sözləri  “Crocus Qrupu”un vitse-prezidenti, Azərbaycanın xalq artisti Emin Ağalarov deyib. O bildirib ki, Trampla bağlı məsələlər imicimə mənfi təsir edib:
“Adımın bu cür CNN, “Foks Nyus” “Avronyus” və digər kanallarda gedən zaman bu, sənin musiqiçi karyerana kömək etmir. Ona görə ki, sən artıq musiqiçi kimi maraqlı olmursan, həmin anda siyasi mövzu kimi maraqlı olursan. Mən siyasətdən çox uzaq adamam, hər zaman da uzaq olmuşam. Siyasətə qoşulmağı da heç cür planlaşdırmıram. Mən biznesmen və musiqiçiyəm. Qlobal səviyyədə yəqin ki, bunlar mənim beynəlxalq musiqi karyerama mane oldu. Təbii ki, bu, səni yaradıcılıqdan edir. Təsəvvür edin ki, hər hansısa musiqi nəşri səndən müsahibə alır. Onu birinci növbədə sənin Trampla əlaqələrin maraqlandırır, nəinki musiqi sənətin, yeni albomun, konsert turnelərin… Ona görə də hesab edirəm ki, adımın bu məsələlərdə hallanmağı imicimə mənfi təsir edib. O ki qaldı “bununla daha da məşhur oldunmu” sualına, deyərdim, yəqin ki, hə. Adımı Quqlda da yazsaq, bunun şahidi olarıq. Bu cür məşhurluğu istəyirdimmi? Xeyir”.
E.Ağalarov ABŞ-da planlaşdırdığı konsert proqramlarının təxirə salmasına da aydınlıq gətirib.