Bakıda qaynana böyrəyini kürəkəninə bağışladı

0
229
Bakıda qayınana böyrəyini kürəkəninə bağışladı
R.Şolan Trend-ə bildirib ki, 54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb:

“Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!”