Bakıda kütləvi futbol həftəsi festivalı keçirilib

0
181

Heydər Əliyev Mərkəzinin ərazisində AFFA tərəfindən kütləvi futbol həftəsi festivalı keçirilib.

Tədbirdə “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdindəki Daun sindromlu uşaqların Reabilitasiya Mərkəzinin himayəsində olan, valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində təhsil alan şagirdlərin iştirakı ilə kütləvi futbol həftəsi keçirilib.

Yüz əlliyə yaxın iştirakçının qatıldığı tədbirdə üz boyama, DJ və əyləncəli idman qurğularından istifadə olunmaqla müxtəlif futbol oyunları təşkil olunub.

Tədbirin sonunda festival iştirakçılarına AFFA tərəfindən hədiyyələr təqdim edilib.

Layihənin məqsədi futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmanın digər növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.