Azərbaycan idmançısı çimərlik güləşində yarımfinala çıxdı

0
490

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi start götürüb.

İlk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib.

Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə – Sabolk Horvat və Corce Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları sabah keçiriləcək.