“Azərbaycan Gülüş Liqası” – finala doğru!

0
264

“Azərbaycan Gülüş Liqası”  öz yoluna davam edir.

Qeyd edək ki 15 iyun 2019-cu il tarixində Azərbaycanda “Gülüş Liqası”nın rəsmi açılışı baş tutdu. Seçmə tur nəticəsində hər bir məşqçi özünə iki komanda seçərək onları yarımfinal mərhələsinə keçirtdilər. 17-18 oktyabr 2019-cu il tarixində “Final”ın baş sponsorluğu və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatı dəstəyi ilə Gənc Tamaşaçılar Teatrının səhnəsində 10 komanda və 5 məşqçi final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, finala 4 komanda vəsiqə qazanacaq.

Azərbaycanı beynəlxalq layihədə 2019-cu ildən etibarən “Как по маслу” komandası təmsil edir. Onlar ölkəni beynəlxalq komediya şousunda təmsil edən yeganə komandadır. “Ліга сміху ” şousu 56-dan çox televiziya kanalında və 25 ölkədə, həmçinin Azərbaycan ərasizində KATV 1 və Netflix kimi kanallarında yayımlanır. Komandanın və “Ліга сміху Azərbaycanın” rəhbəri Cavid Şahbazbəyovdur. Onun sözlərinə görə bu ideya yarananda bizə az adam inandı, lakin ilk olaraq dəstək əlini bizə uzadan “Final” Ticarət Markasının köməyi ilə komanda ilk addımlarını ataraq elə ilk dəfədən  televiziya efirinə düşdü. Həmçinin “Final”ın dəstəyi ilə biz Azərbaycanda bu şounu rəsmi olaraq aça bildik və gənclər üçün yeni imkanlar yarandı, bizim şoumuzun  üstün cəhədlərdən biri odur ki, bu şouda maliyyə azadlığı var, məcburi bilet satışı yoxdu, iştirak üçün ödəniş yoxdu.

Belə ki, istənilən gənc və ya gənclərdən ibarət komanda Gülüş Liqasında iştirak edə bilər. Biz bütün yumoristlər üçün yaranmışıq. “Gülüş Liqası”da gəlin və hər şey yağ kimi olacaq. “Ліга сміху Azərbaycan” düzgün, sağlam və şən yumorun nümunəsidir.