Azərbaycan cüdoçusu Qran-Pridə gümüş medal qazanıb

0
451

 

 

 

 

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində final görüşünə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gəlib. Əliyeva rəqibinə ipponla məğlub olaraq gümüş medalla kifayətlənib.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac MəmmədəliyevaLarisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər.