AVRO-2020: Türkiyə Andorranı, Portuqaliya Serbiyanı məğlub edib – FOTOSESSİYA

0
181

AVRO-2020: Türkiyə Andorranı, Portuqaliya Serbiyanı məğlub edib - FOTOSESSİYA

AVRO-2020-nin seçmə mərhələsində V tura yekun vurulub.

A, B və H qruplarında yeddi matç keçirilib.

A qrupunun lideri İngiltərə Bolqarıstanı darmadağın edib. Hari Keynin het-trik etdiyi görüşdə 4:0 hesabı qeydə alınıb. “Qarabağ”ın futbolçusu Simeon Slavçev bu matçı ehtiyatda qalıb. Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olmuş Kosovo Çexiya üzərində əzmkar qələbə ilə ikinci pilləyə yüksəlib.

B qrupunun lideri Ukrayna Litva səfərində darmadağına sevinib – 3:0. Portuqaliya isə Serbiya ilə görüşüb. Səfər qələbəsi qazanan Avropa çempionları ikinci pilləyə yüksəliblər.

Qonşu Türkiyə millisi mübarizə apardığı H qrupunda növbəti qələbəsini qazanıb. “Ay-ulduzlular” autsayder Andorra ilə matçda çətinliklə üzləşiblər. Rəqibin müqavimətini yalnız son dəqiqələrdə qıran Şenol Günəşin yetirmələri vacib üç xal əldə edib.

H qrupundakı digər liderlər də növbəti qələbələrini böyük hesabla qazanıblar. İslandiya Moldovanı üç qolla darmadağın edib. Fransa isə Albaniya ilə görüşü itkisiz başa vurub.

AVRO-2020-nin seçmə mərhələsi
V tur
7 sentyabr
A qrupu

17:00. Kosovo – Çexiya – 2:1
Muriqi, 20, Voyvoda, 67 – Şik, 16
20:00. İngiltərə – Bolqarıstan – 4:0
Keyn, 24, 49 (pen.), 73 (pen.), Sterlinq, 55

1 İngiltərə 3 3 0 0 14-1 9
2 Kosovo 4 2 2 0 7-5 8
3 Çexiya 4 2 0 2 6-8 6
4 Bolqarıstan 5 0 2 3 5-11 2
5 Monteneqro 4 0 2 2 3-10 2

Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Monteneqro – Çexiya, İngiltərə – Kosovo.

B qrupu
20:00. Litva – Ukrayna – 0:3
Zinçenko, 7, Marlos, 27, Malinovski, 62
22:45. Serbiya – Portuqaliya – 2:4
Milenkoviç, 58, Mitroviç, 85 – Karvalyo, 42, Qedeş, 56, Ronaldo, 80, Bernardo Silva, 86

1 Ukrayna 5 4 1 0 11-1 13
2 Portuqaliya 3 1 2 0 5-3 5
3 Lüksemburq 4 1 1 2 4-5 4
4 Serbiya 4 1 1 2 7-11 4
5 Litva 4 0 1 3 3-10 1

Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Lüksemburq – Serbiya, Litva – Portuqaliya.

H qrupu
22:45. İslandiya – Moldova – 3:0
Siqtorsson, 31, Byarnason, 55, Budvarsson, 77
22:45. Türkiyə – Andorra – 1:0
Ozan, 89
22:45. Fransa – Albaniya – 4:1
Koman, 8, 68, Jiru, 27, İkone, 85 – Çikalleşi, 90+2 (pen)

1 Fransa 5 4 0 1 16-4 12
2 Türkiyə 5 4 0 1 10-2 12
3 İslandiya 5 4 0 1 8-5 12
4 Albaniya 5 2 0 3 5-7 6
5 Moldova 5 1 0 4 3-13 3
6 Andorra 5 0 0 5 0-11 1

Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Moldova – Türkiyə, Fransa – Andorra, Albaniya – İslandiya.

1 / 8