“Avro 2020”: Bakı Könüllülər Proqramının səfiri müəyyənləşib

0
147

Bakı Olimpiya Stadionunda futbol üzrə “Avro 2020”nin Bakı Könüllülər Proqramının səfirinin təqdimatı keçirilib.

Səfir tanınmış videobloqqer və aktyor Taleh Yüzbəyovdur. Proqramın səfiri olaraq T.Yüzbəyov könüllülərlə bağlı müxtəlif tədbirlərdə, oktyabrdan etibarən ali məktəb tələbələri ilə keçiriləcək silsilə görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, “Avro 2020”nin Könüllülər Proqramının səfiri ilə bağlı UEFA-nın əsas tələblərindən biri həmin şəxsin sosial mediada fəal və geniş ictimaiyyət tərəfindən tanınmış olmasıdır.