“Arzu edirəm ki, xalqı maarifləndirən verilişlərimiz daha çox olsun…”

0
189

Bu gün əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin yetmiş illik yubileyidir.

Yubiley münasibəti ilə danışan İ.Rəhimli bu günü qeyd etmədiyini bildirdi:
“Təbrikiniz üçün çox sağ olun. Bu gün yetmiş illik yubileyimdir, amma bunu qeyd etməyəcəm. Bunun isə heç bir səbəbi yoxdur və sadəcə özüm istəmirəm”.
İ.Rəhimli belə gündə mədəniyyətimizlə bağlı öz arzularını də dilə gətirib:
“Arzu edirəm ki, daha da gözəl verilişlərimiz olsun, daha çox tamaşaçı toplaya bilək, xalqı maarifləndirən tamaşalarımız olsun və inanıram ki, bu da olacaq”.