Ankarada üçtərəfli zirvə görüşü başladı – Gündəm Suriyadır

0
165

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada Çankaya köşkündə üçtərəfli zirvə görüşü başlayıb.

“Türkiyə-Rusiya-İran” zirvəsində Vladimir Putin və Həsən Ruhani ilə danışıqlar aparılır.

Tərəflər birgə bəyanatla çıxış ediblər.

Putinlə Ərdoğan Suriyadakı böhran vəziyyəti, İdlibdəki vəziyyəti və bütün sahələrdə ikitərəfli əməkdaşlıqdan danışıblar.

“Suriyadakı böhrandan və onun tənzimlənməsindən, ikitərəfli əməkdaşlıqdan danışdıq”, – deyə Putin bildirib.

Ərdoğan isə Suriya ilə bağlı bunları deyib:

“Astana platforması Suriyadakı böhranın çözülməsi üçün təsirli vasitələr irəli sürə bilən və konkret addımlar atmağa qadir olan yeganə təşəbbüsdür. Astana görüşləri ərəfəsində vacib uğurlara imza atdıq. Üç ölkə olaraq iş birliyimizi dərinləşdirdik”.