Altı yaşlı uşaq bir həftə anasının meyiti ilə yaşayıb

0
135

Başqırdıstanın Yanaul şəhərində dəhşətli hadisə baş verib.

Məlum olub ki, altı yaşlı uşaq bir həftə anasının meyiti ilə mənzildə tək qalıb.

Bu barədə şəhərin hüquq-mühafizə orqanları məlumat yayıb.

44 yaşlı qadın intihar edib. Nəticədə, onun altı yaşlı oğlu bir həftə anasının meyiti ilə qalmaq məcburiyyətində olub.