Alimlər: “Kasıblıq hüceyrə səviyyəsində qocalığı tezləşdirir”

0
232

Uzun müddət maddi çətinlik yaşayan insanlar maddi çətinlik yaşamayan insanlara nisbətən daha tez qocalır. Kopenhagen universitetinin mütəxəssislərinin fikrinə görə, bu, əqli qabiliyyətlərə, fiziki gücə və hətta orqanizmdə gedən iltihab proseslərinin sürətinə də təsir edir.

Alimlər tədqiqatda iştirak etmək üçün beş min yarım iştirakçını dəvət etmişdir. Onlar haqqında 22 il müddətində məlumatlar toplanmışdır. Mütəxəssislər, illik gəlirin orta səviyyədən 60% aşağı olan insanları kasıb təbəqəyə aid etmişdir.

Alimlər könüllüləri müəyyən analizlərdən keçməyi xahiş etmişdir. Bura bəzi fiziki hərəkətlər, yaddaş analizləri də daxil edilmişdir. Nəticədə isə dörd il ərzində kasıb həyat tərzi yaşaması hesab edilən insanların koqnitiv (əqli) qabiliyyəti və fiziki bacarığı təminatlı insanlara nisbətən çox aşağı düşmüşdür.