ABŞ İrəvana yardımı artırır

0
192

ABŞ Senatının Təsisatlar Komitəsi Ermənistanda iqtisadi və demokratik reformlar üçün əlavə yardımın ayrılmasıyla bağlı düzəlişi dəstəkləyib.
Bu məlumatı Amerika Erməniləri Milli Komitəsi yayıb. Məlumata görə, düzəliş təklifini senatorlar Lindsi Qrehem və Kris Van Hollen irəli sürüb.
Əlavə maliyyə yardımının əvvəlcədən İqtisadi Dəstək və İnkişaf Fondundan ayrılmalı olan 17,6 milyon dolların üzərinə gələcəyi vurğulanıb. Komitə həmçinin Dağlıq Qarabağ konfliktindən narahat olduğunu və Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bildirib.