ABŞ-ın Rusiyayla sərhəddə gizli hərbi BAZASI VARMIŞ

0
171

Rusiya ilə sərhəddə ABŞ-ın xüsusi təyinatlılarının hərbi bazası aşkar edilib.

Estoniya ərazisində ABŞ xüsusi təyinatlılarının təlim keçdiyi gizli hərbi baza fəaliyyət göstərir. Jurnalistlərin əldə etdiyi məlumata görə, gizli hərbi baza 2014-cü ildə yaradılıb.

Tapa şəhərində NATO-nun batalyonları yerləşir. Lakin indiyədək Estoniyada ABŞ xüsusi təyinatlıların olması barədə məlumat olmayıb. Gizli obyektin aşkar edilməsinə Pentaqonun sənədləri yardım edib. Hansı ki, Pentaqon Estoniyadakı bu obyektə 15 milyon dollar yardım ayırır.

Jurnalistlər həmin obyektə buraxılıb və təlim-məşqi izləyiblər. ABŞ Ordusunun polkovniki, Avropa xüsusi təyinatlılarının zabiti Kevin Stinqer bildirib ki, hazırda amerikalılar estonlara təlim keçir.