ABŞ daha bir fəlakət qarşısında: “Humberto” gəlir

0
112

ABŞ-ın Florida ştatının Atlantik okeanı sahillərində yaranan “Humberto” qasırğasının təhlükə səviyyəsi 1-ci kateqoriyaya yüksəlib.

Qasırğa yaxın günlərdə Baham adaları ilə yanaşı, Floridadan başlayaraq Şimali Karolinaya qədər ABŞ sahillərini vuracaq.

ABŞ Milli Qasırğalara Nəzarət Mərkəzinin hesabatına görə, qasırğasnın sürəti 120 km/saatdır.

Qeyd edək ki, sentyabrın əvvəlində 5-ci təhlükə kateqoriyasında olan “Dorian” qasırğası Baham adalarını yerlə yeksan etmişdi. Ada ölkəsində 40-a yaxın insan ölmüşdü. 1300 nəfər isə hələ də itkindir.