2 nazir ölümlə hədələnir

0
159

Fransada 2 nazir ölümlə hədələnir

Fransanın İqtisadiyyat naziri Bruno Le Mer və Dövlət Xidməti və Dövlət Büdcəsi naziri Jerald Darmanenə təhdid məktubları gəlib.

Bu barədə “BFMTV” telekanalı məlumat yayıb. Kanalın mənbələrinə görə, təhdid məktubları hər iki nazirliyin yerləşdiyi binanın ünvanına göndərilib.
Onlardan birinin içində üç güllə olub. Digər məktubda İqtisadiyyat nazirinin anasının da yaşadığı evin partladılacağı ilə bağlı təhdid yazısı olub. Hazırda faktla bağlı araşdırma aparılır.