Əli Əhmədov: “Azərbaycan iqtisadi qüdrəti artır və insanlarımızın rifahı yaxşılaşır”

0
161

Azərbaycan sürətlə inkişaf edir, ölkəmizin iqtisadi qüdrəti artır, güclənir və insanlarımızın rifahı yaxşılaşır.

Bunu Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov sentyabrın 26-da Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev mərkəzində regional müşavirədə deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan özünün tarixi inkişaf prosesini davam etdirməkdədir: “Xüsusilə son illər ərzində Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar miqyas baxımından genişlənməkdədir və təbii olaraq bu islahatların gətirdiyi dividendlər birmənalı şəkildə cəmiyyət tərəfindən qeyd olunmaqdadır. Sahibkarlığın genişlənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə böyüməsi üçün imkanlar yaradıb. Azərbaycanda həyata keçirilən siyasətin sosial xarakteri özünü daha aydın şəkildə göstərməkdədir. 2019-cu ildə minimum pensiyanın təxminən iki dəfəyə qədər artırılması, əhalinin müxtəlif kateqoriyaların əməkhaqlarının yüksəldilməsi Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin mahiyyətini ifadə edir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın böyüməsi sayəsində əldə olunan imkanlar hesabına insanların rifahı yaxşılaşdırılsın”.