Yaponiyada uçan motosikllərin satışına başlanılır

0
406

Tokioda yerləşən “ALI Technologies Inc.” startap şirkəti uçan motosikllər üçün sifarişlərin qəbuluna başlayır.

Pilotsuz kiçik aparatların yaradılması ilə məşğul olan bu startap şirkəti payızda keçiriləcək “Tokyo Motor Show” avtomobil sərgisində həmin məhsulunu nümayiş etdirməyi planlaşdırır.

Yeni texnologiyaların istifadə edildiyi həmin aparat əsasən, imkanlı əcnəbilər üçün nəzərdə tutulur. İlkin sifarişlər əsasında təqribən 100-dək motosiklin satışı nəzərdə tutulur. Təqribən yerdən 10 metr hündürlükdə uçan bu motosikllərin maksimal sürəti saatda 200 kilometrə çatır.