Yanğın oldu, DYP Şəki yolunu bağladı

0
405

İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Bayan kəndinə giriş və çıxış hissəsi bir neçə saat bağlı qalıb.

Buna səbəb yolda yanğın baş verməsidir.

Magistral yolunun Bayan kəndinə giriş və çıxış hissəsi DYP əməkdaşları tərəfindən bir neçə saat bağlanıb.

Əsən güclü külək nəticəsində yolun kənarında quru ot və ağacların yanması DYP əməkdaşlarını təhlükəsizlik tədbirləri görməyə vadar edib.

Yanğın söndürüldükdən sonra hərəkət bərpa olunub.